Oktyabrda Azərbaycana səfər edən turistlərin 62 faizdən çoxu kişilər olub

10:24 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Cari ilin oktyabr ayında Azərbaycana səfər edən turistlərin 62,7%-ni yəni 78,3 min nəfərini kişilər, 37,3%-ni və ya 46,5 min nəfərini qadınlar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, kişi turistlərin sayı illik müqayisədə 6 min nəfər (8,4%), qadın turistlərin sayı 20,4 min nəfər (78,2%) artıb. Keçən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 72,3 min nəfər və 26,1 min nəfər olub.

Kişi turistlərin 24,7 mini Rusiyadan, 9,2 mini Türkiyədən, 7,8 mini Hindistandan gələnlər olub. Qadın turistlərin 18,6 mini Rusiyadan, 3,8 mini Türkiyədən, 3,2 min nəfəri isə Hindistandan gələnlər olub.