Valyuta hərracında tələb 2,1 dəfə azalıb

12:44 - 7.12.2023


5 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 7-də keçirilən valyuta hərracında bankların tələbi 44,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, 50,3 milyon dollar və ya son hərracdan 2,1 dəfə azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Dekabrın 5-də keçirilən valyuta hərracında AMB banklara 95,1 milyon dollar satıb.