Wildberries logistika sahəsində fəaliyyət göstərəcək

15:00 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Wildberries daşınmaz əmlak üzrə anbar bazarına daxil olur.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin MDB ölkələrindəki logistika layihələrinin rəhbəri Maksim Qubanov bildirib.

"Hazırda Wildberries kiçik şirkətlər üçün çatışmazlıq problemini həll etməyə kömək edəcək böyük anbar kompleksləri tikir", — deyə o bildirib.

Qubanovun sözlərinə görə, şirkət logistika sahəsində də inkişaf edəcək.

"Xüsusilə, Wildberries logistika bazarı layihəsi hazırlayır. Əlbəttə ki, satış həcmi baxımından böyüyəcəyik. Növbəti 5 il üçün məqsədimiz gündə 100 milyon sifariş səviyyəsinə çatmaqdır", – deyə M.Qubanov bildirib.

Bütün xəbərlər