Azərbaycanda şirkət və təşkilatların nizamnamə kapitalları artıb

16:42 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Azərbaycanda şirkət və təşkilatların ödənilmiş nizamnamə kapitalının həcmi bir qədər yüksəlib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hüquqi şəxslərin nizamnamə kapitalının həcmi 1 yanvar 2023-cü il tarixinə 222.52 milyon manat və ya 0.5 faiz artaraq 46 milyard 882.5 milyon manata yüksəlib.

Hesabata görə, müəssisələrin (təşkilatların) balans kapitalının həcmi 221 milyard 668.65 milyon manat olub.

Bütün xəbərlər