"Nobel Energy”nin Azərbaycandakı törəmə şirkətinin gəlirləri kəskin azalıb

17:02 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. "Nobel Energy” şirkətnin Azərbaycandakı törəmə şirkəti “Prokon” MMC-nin gəlirləri düşüb.

ABC.AZ-ın məlumatına görə, gəlirlərin azalması ilə bağlı məlumat şirkətin illik audit hesabatından məlum olur.

Hesabata görə, “Prokon”nun 2022-ci il üzrə gəlirləri 101.15 milyon manat təşkil edib. Bu isə 2021-ci ildəki gəlirlərindən 43 faiz azdır. Bununla belə, şirkətin satışlarının maya dəyərinin həcmi 89.06 mln. manat olub və ümumi mənfəət 12.09 mln. manat olub. Öncəki ildə 36.47 mln. manat ümumi gəlir mövcud idi.

Beləliklə, şirkətin bütün gəlirləri və xərcləri fərqindən sonra 331 min xalis mənfəəti qalıb. Şirkətin öncəki ildəki xalis mənfəəti 16.14 milyon manat idi.

Bütün xəbərlər