AvtoVAZ LADA avtomobillərinin İrana ixracına başlaya bilər

17:11 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. AvtoVAZ 2024-cü ildən etibarən Lada avtomobillərinin İrana tədarükünə başlaya bilər.

ABC.AZ xəbər verir ki, bu barədə dekabrın 7-də şirkətin prezidenti Maksim Sokolov məlumat verib.

“Hazır avtomobillər gələn il tədarük edilə bilər”, — deyə o bildirib.

Onun sözlərinə görə, İranla danışıqlar davam edir. Birbaşa satışdan əlavə, avtomobillərin iri qovşaqlı yığılmasının təşkili də mümkündür.

“İran həm avtomobillərin birbaşa ixracı, həm də sonradan yığılması üçün avtomobil hissələrinin ixracı baxımından mühüm istiqamətlərdən biri olacaq”, — deyə Sokolov bildirib.