Azad olunmuş ərazilərdə bu qədər əcnəbi çalışır

11:06 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən bu istisnanın 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olacağı qeyd edilib:

"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək.

01.12.2023-cü il tarixinə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir".