Azərbaycanda kartof yığımı azalıb - Hesabat

11:47 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında 49 475.5 ha əkin sahəsinin 49 430.5 ha sahəsindən kartof yığılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, məhsul yığılmış sahə ötən illə müqayisədə 5 435,5 ha və ya 9,8% azdır. Yığım sahəsi, əkin sahəsinin 99%-ni təşkil edib.

Keçən iln müvafiq dövründə isə 54 775 ha sahədən kartof yığılmışdı.

Hesabat dövründə əkin sahələrindən kartof kütləsi 989 349,9  ton təşkil edib ki, bu da illik müqayisədə 41 753,6 ton və ya 4% azdır. 2022-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 031 103,5 ton kartof yığılmışdı. Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 200,1 sentner təşkil edib ki, bu da son bir ildə 11,9 sentner, yaxud 6,3% azdır.

2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 188,2 sentner təşkil edib.

Bütün xəbərlər