Nazir dərman istehsal edəcək zavodda aparılan işlərlə tanış olub - FOTO

11:58 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən inşasına start verilən və 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı müəssisəsində aparılan işlərlə tanış olub.

ABC.AZ xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib.

"Əczaçılıq sənayesində istehsalın lokallaşdırılması sahəsində növbəti layihəmiz olan bu müəssisənin fəaliyyəti ölkəmizin idxaldan asılılığının azaldılması istiqamətində hədəflərimizə töhfə verəcək", - M.Cabbarov qeyd edib.

 

Bütün xəbərlər