14:06 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. Gələn il “Azəri-Çıraq-Günəşli” yataqları blokundan (AÇG) xam neft hasilatının həcmi 125.9 mln. barel olması proqnozlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.
Rəydən aydın olur ki, hasilatın aşağı düşməsi səbəbindən 2023-cü ilin proqnoz göstəricisinə nisbətən 7.7 mln. barel və ya 5.76% azdır.
Sənədə əsasən, bu il üçün qeyd olunan göstərici 133.6 mln. barel səviyyəsində proqnozlaşdırılıb.
Qeyd olunur ki, AÇG üzrə son illərin proqnoz göstəricilərinə nəzər saldıqda 2015-ci il hasilat proqnozu ilə 2024-cü ilin hasilat proqnozu arasında təqribən 106.1 mln. barel və ya 45.7% azalma müşahidə edilib.
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024