Gələn il “Şahdəniz” yatağından 26.1 mlrd. kubmetr qaz hasil ediləcək

14:29 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26.1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə göstərilir. Sözügedən rəydə qeyd edilir ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3.16% çoxdur.

Sənədə əsasən, bu il “Şahdəniz”də 25.3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.

Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33.8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0.6% azalma deməkdir.

Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33.8 mln. barel səviyyəsində idi.

Bütün xəbərlər