14:45 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. Gələn il “Abşeron” qaz-kondensat yatağından 1 473.9 mln. kubmetr qaz hasil olunacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəydə göstərilir. Sözügedən rəydə qeyd edilib ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Sənədə əsasən, 2023-cü ildə yataqda 707.55 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.
Bundan başqa, gələn il “Abşeron”da 4.05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Rəydə bildirilir ki, bu il yataqda 2 mln. barel qaz kondensatının hasilatı proqnozlaşdırılır.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1.5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024