Honda 1,138 milyondan çox avtomobili geri qaytarır — Səbəb

15:22 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Yapon avtomobil istehsalçısı Honda Motor Co. yanacaq nasosunun nasazlığı səbəbindən 1,138 milyondan çox avtomobili geri çağırır.

ABC.AZ xəbər verir ki, kampaniya 25 modeldə 1,138 mln abtomobil, o cümlədən, N-Box, Fit və Step Wagon, həmçinin, şirkətin Amerika bölməsi tərəfindən Yaponiyaya ixrac etdiyi 204 NSX avtomobilini əhatə edir. Sözügedən avtomobillər 2017-ci ilin iyunundan 2020-ci ilin sentyabrına qədər müddətdə buraxılıb.

Avtomobillər yanacaq nasosunun hissələrini deformasiya edə bilər ki, bu da yanacaq ötürülməsinin qarşısını alır və avtomobil hərəkət edərkən mühərrikin dayanmasına səbəb olur.

“Honda”nın səhm qiymətləri cümə günü keçirilən hərracların nəticələrinə görə 2,6% azalıb.

Bütün xəbərlər