Azərbaycanda lazımi kadrlar tapılmır - Agentlik sədri

15:37 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Azərbaycanda lazımi kadrların tapılmaması hallarına rast gəlinir.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində bildirib. 

“Əsas məşğulluq tədbirimiz peşə hazırlığıdır. Bu məsələdə də əsas prioritet istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə cavab verən peşə sahiblərinin hazırlanmasıdır. Bu ilin 10 ayında 9 235 nəfər peşə hazırlığı keçib”, – deyə o qeyd edib.

M.Abbasbəylinin sözlərinə görə, Agentlik gələn il işəgötürənlərlə əməkdaşlığı daha da genişləndirəcək.

Bütün xəbərlər