ARDNF-in vəsaitlərinin idarə edilməsindən gəlirlər bu qədər artacaq

16:04 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. 2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 842.3 mln. ABŞ dolları və ya 3 131.9 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2022-ci ilin müvafiq icra göstəricisindən (-3 613.8 mln. manat) 6 745.8 mln. manat çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin ilkin olaraq 2% və ya 1 590.0 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən prosesləri nəzərə alaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 4.5% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 2 651.1 mln. manat və ya 3.1% gəlir ilə yekunlaşması bildirilib.

Bütün xəbərlər