Dövlət Vergi Xidmətində islahatlar - Detallar

16:17 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidmətində struktur islahatları aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumata görə, son dövrlərdə iqtisadi münasibətlərin sürətlə dəyişməsi, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, habelə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu bölgədə iqtisadi və sahibkarlıq fəaliyyətinin aktivləşməsi, ölkəmizin siyasi və iqtisadi həyatında müşahidə olunan müsbə və dayanıqlı dinamika vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir. Bu zərurətdən irəli gələrək Dövlət Vergi Xidmətinin strukturunda islahatlar aparılıb.

İslahatlar dövlət vergi orqanları xətti ilə büdcə daxilolmalarının həcmində müşahidə olunan müsbət dinamikanı saxlamaq və artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını təmin etmək, ümumilikdə vergi ilə bağlı aparılan əməliyyatları sadələşdirmək, risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək, innovasiyaları təşviq etmək, vətəndaşlara və biznes subyektlərinə vergi xidmətlərin fasiləsiz çatdırılmasını təmin etmək məqsədi daşıyır.

Bütün xəbərlər