İnsanabənzər Digit robotları Amazon üçün ucuz işçi qüvvəsi olacaq

16:38 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Amazon, “Agility Robotics” tərəfindən yaradılan Digit adlı yeni bir humanoid robot köməkçisini sınaqdan keçirir.

ABC.AZ xəbər verir ki, yeni mexaniki işçi ucuz işçi qüvvəsi ola bilər, baxmayaraq ki, Amazon yeniliyin insanları əvəz etmək deyil, onlara kömək etmək məqsədi daşıdığını qeyd edib.

Hal-hazırda Digit-in istismarı şirkətə saatda təxminən saatda $10-12-a başa gəlir, lakin Agility Robotics-in baş direktoru Damion Şeltonun sğzlərinə görə, robot istehsalının artması ilə əməliyyat dəyəri saatda $2-3-a düşə bilər.

Bütün xəbərlər