Zimbabvenin şimalında qaz yataqları aşkarlanıb

17:03 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Zimbabve şirkəti Geo Associates, Avstraliyanın Invictus Energy şirkəti ilə birlikdə ölkənin şimalında qaz yataqları aşkar edib.

ABC.AZ xəbər verir ki, bu barədə Zimbabve mədən sənayesi nazirliyi məlumat verib.

Sənədə görə, iki quyudan götürülmüş dörd nümunə qazın olduğunu göstərib.

Hal-hazırda şirkətlər qaz ehtiyatlarının mümkün həcmini qiymətləndirmək və onun istehsalı üçün optimal həll yolu hazırlayırlar. Zimbabve səlahiyyətliləri, ölkənin şimalında qaz kəşfinin Cənubi Afrika bölgəsindəki neft və qaz sənayesi üçün ən böyük nailiyyətlərdən biri olduğunu vurğulayırlar.

Bütün xəbərlər