Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı bu qədər artıb

17:16 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, u ilin yanvar-oktyabr aylarında diri çəkidə 485 min 407,7 ton ət, 1 milyon 864 min 508,1 min ton süd istehsal olunub.

Bu göstərici əvvəlki aya nisbətən süd məhsulları üzrə 181 min 645,4 ton (10,8%), ət məhsulları üzrə 60 min 862,4 ton 14,3 ton (14,3%) çoxdur.

İllik müqayisədə isə 26 min 888,8 ton (1,5%) çox süd və 14 min 595,2 ton (3,1%) çox ət istehsal olunub.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 424 min 545,3 min ton ət, 1 milyon 682 min 862,7 ton süd, bu ilin ötən ilin yanvar-oktyabr aylarında 470 min 812,5 ton ət, 1 milyon 837 min 619,3 ton süd istehsal olunub.