Azərbaycanda məhsuldarlıq artıb - Tərəvız yığımı çoxalıb

17:32 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında 61 227,5 ha əkin sahəsinin 61 092 ha sahəsindən tərəvəz yığılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 4 083,6 ha və ya 6,3% azdır.

Yığım sahəsi, əkin sahəsinin 99,8%-ni təşkil edib. Keçən iln müvafiq dövründə isə 65 176,1 ha sahədən tərəvəz yığılmışdı.

Hesabat dövründə əkin sahələrindən yığılmış tərəvəzin kütləsi 1 753 579,9 ton təşkil edib ki, bu da illik müqayisədə 24 259 ton və ya 1,4% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 729 min 320,9 ton tərəvəz yığılmışdı.

Hər hektar sahədən yığılmış tərəvəzin kütləsi isə 287  sentner təşkil edib ki, bu da son bir ildə 21,7 sentner, yaxud 8,2% çoxdur.

2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 265,3 sentner təşkil edib.