Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

13:51 - 9.12.2023


9 dekabr, Fineko/abc.az. Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

 Sərəncama əsasən ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Ülvi Baxşəliyev Azərbaycanın Belarusdakı səfiri idi.

Bütün xəbərlər