İyulun 19-na olan hava haqqında məlumat

14:26 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Sinoptiklər sabah, iyulun 19-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağını söz verirlər. Proqnoza əsasən, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə arasında tərəddüd edəcək.

Atmosfer təzyiqi normadan aşağı, yəni 751 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) sabah dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə  əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında iyulun 19-da  hava yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər