Şuşadakı otellərin qazancı kəskin artıb

10:43 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Azərbaycanda işğaldan azad edilən turizm mərkəzi Şuşadakı otellərin qazancı kəskin artıb.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Şuşa otelləri gəlirlərnin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub.

2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfər yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşları, 2,2 min nəfər isə xaricilər olub.

Qeyd edək ki, bütün 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdilər və bunun 1800 nəfəri xaricilər olmuşdu.

Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, işğaldan azad edilmiş rayonun otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.

Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – «gülüş şəhəri»ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.