Dövlət istiqrazlarının gəlirliliyi son 13 ayın minimumuna düşüb

16:34 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. 12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0201040315 ISIN-li, 100 mln. manat həcmində, 1 092 gün (3 illik) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ABC.AZ-a bildirilib ki, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 89.8961(9.98%) manat və 99.4600 (6.2%) manat olan 60 sifariş təqdim edilib. Sonuncu dəfə bu həddə 2022-ci ilin 27 sentyabr tarixində olub. Həmin tarixdə orta gəlirlilik faizi 6.22% təşkil edirdi.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.4600(6.2%) manat müəyyən edilib.