Qarabağ Universitetinin nəzdində peşə təhsil müəssisəsi yaradılacaq

11:04 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı planlar var və müvafiq qurumlarla razılaşmalar aparılır.