Azərbaycanda gəmidə işləyənlərin maaşı 15 faiz artıb

10:50 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Azərbaycanda dəniz nəqliyyatında çalışan işçilərin orta aylıq əməkhaqları illik müqayisədə 15 faiz yüksəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 2 184.8 manat təşkil edib.

Bu 2022-ci ilin eyni dövründə 1 899.7 manat idi.

Azərbaycanda dənizdə işləyənlərin sayı son bir ildə 6 555 nəfərdən 6 620 nəfərə yüksəlib.

Ölkə limanlarında ümumilikdə gəmi sayı son bir ildə 2 294-dən 2 990-a yüksəlib.