14:54 - 14.12.2023
14 dekabr, Fineko/abc.az. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub.
Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.
İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçiriləcək. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan və Ermənistan ərazilərində və ya Azərbaycanla Ermənistan sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçiriləcək.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024