AYİB Monqolustan və Mərkəzi Asiyada gənclər biznesinin inkişafına 200 milyon avro ayıracaq

15:47 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Asiyada gənclər biznesinin və məşğulluğunun inkişafı üçün yeddi illik proqrama start verir.

ABC.AZ xəbər verir ki, proqram çərçivəsində AYİB bölgədəki gənc sahibkarların maliyyə və təlimə çıxışını təmin etmək üçün 200 milyon avro (218 milyon dollar) ayıracaq.

Proqram 35 yaşınadək gənclərin rəhbərlik etdiyi və ya sahib olduğu mikro, kiçik və orta müəssisələrə yönəldiləcəkdir.

Müəssisələr Monqolustan və Mərkəzi Asiyada 20 tərəfdaş maliyyə təşkilatı vasitəsilə kredit ala biləcəklər.