İcbari avto-sığorta müştəriləri ən çox “Xalq Sığorta” ASC-dən şikayət edirlər

17:05 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Son bir ildə Azərbaycan Mərkəzi Bank tərəfindən aparılan qiymətləndirməyə əsasən ən çox icbari avto-sığorta müştəriləri “Xalq Sığorta” ASC-dən şikayətlidirlər.

ABC.AZ AMB-nin reytinqinə istinadən xəbər verir ki, “Xalq Sığorta” ilə bağlı şikayət indeksi 3.58 bənd təşkil edib.

Son aylara nəzər yetirdikdə isə məlum olur ki, sığorta şirkətində bu istiqamətdə inkişaf baş verməyib, əksinə oktyabrdakı göstəricidən bir qədər də pisləşdirib. Ötən ay sığorta şirkəti üzrə şikayət indeksi 2.97 bənd təşkil edirdi.

Avqust – 1.76 bənd (IV yer )Sentyabr – 2.59 bənd (I yer)Oktyabr – 2.97 bənd (I yer)