Gələn il bəzi məktəblər ləğv ediləcək

10:25 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur:

"Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".