Bu ölkə Azərbaycana 3 rübdə 1 milyard 367.95 milyon dollar birbaşa investisiya yatırıb

15:30 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Böyük Britaniya 2023-cü ilin ilk üç rübü ərzində Azərbaycan iqtisadiyyatına 1 milyard 367.95 milyon dollar birbaşa investisiya yatırıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da illik müqayisədə 103.01 milyon dollar və ya 8.1 faiz artımdır.

2022-ci ilin eyni dövründə 1 milyard 264.93 milyon dollar investisiya yatırılmışdı.