15:46 - 19.07.2018
Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi" davam edir.
"Yay məktəbi" çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbin V və VI sinif şagirdlərinin “ASAN xidmət”ə ekskursiyası təşkil edilib. Ekskusriya zamanı məktəblilər mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Şagirdlər həmçinin, elektron xidmətlərin göstərilməsi zamanı qarşıya çıxan məsələlərin həlli prosesini və metodiki dəstəyin göstərilməsi məqsədilə yaradılmış “108” telefon məlumat mərkəzində müraciətlərin cavablandırılmasını izləyiblər.
Daha sonra şagirdlər “ASAN Kommunal” mərkəzinə gələrək, müxtəlif kommunal xidmətlər barədə məlumatlar əldə ediblər.
Ekskursiya zamanı şagirdlərə “ASAN xidmət”in yaradılması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.
“Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024