Rusiyanın “Finam” investisiya şirkəti Qazaxıstanda şirkət, Belarusda isə broker yaradır

10:23 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Rusiyanın “Finam” investisiya holdinqi Qazaxıstanda bir şirkət, Belarusda isə kriptovalyutalara çıxışı olan broker yaradır. Belarusdakı platforma, “dost olmayan” ölkələrin kriptobirjalarını əvəz edəcək, Qazaxıstandakı şirkət isə, buraya köçən Rusiya aktivləri ilə xarici şirkətlərə xidmət göstərəcək.

ABC.AZ xəbər verir ki, bitkoin-rubl, eter-rubl, bitkoin-Belarus rublu, eter-Belarus rublu kimi cütlər olacaq. Müştərilər yeni brokerdəki hesablara həm kriptovalyuta, həm də bank köçürməsi ilə Rusiya və Belarus rubllarını aça biləcəklər.

Buraxılış 2024-cü ilə planlaşdırılır.