Dünya fond indeksləri iki ildə ən yüksək səviyyəyə çatıb

16:44 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Dünya fond indeksləri 2022-ci ilin mart ayından etibarən ən yüksək həddə çatıb. Dövlət istiqrazlarının ticarəti zamanı Britaniya sənədləri liderdir.

ABC.AZ xəbər verir ki, eyni zamanda inflyasiya gözləniləndən daha çox azalıb və gələn il dünyada faiz dərəcələrinin azalması ilə bağlı gözləntiləri gücləndirib.

Husilərin gəmilərə hücumlarından sonra Qırmızı Dənizdə nəqliyyatın kəsilməsi səbəbindən neft qiymətləri artmaqda davam edir.

Böyük Britaniyada noyabr ayında inflyasiya iki ildən artıq müddətdə minimuma enərək 3,9% təşkil edib. Bu, iqtisadçıların gözlədiyi 4.4% səviyyəsindən xeyli aşağıdır və ölkə indi ümumi dünya fonunda o qədər də fərqlənmir.