Rusiyadan Şimali Qafqaza turist axını 2023-cü ildə 57% artıb

10:17 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Rusiyadan Şimali Qafqaz kurortlarına turist axını bu il 57% artaraq 5,5 mln nəfər təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu il yay mövsümündə bölgəyə rekord sayda turist səfər edib, təkcə Elbrus dağında 230 min qonaq olub, onlardan 90 mini avqust ayında olub.

Ötən ilin sonunda aparılan sosial sorğuya görə, səyahətçilər infrastrukturun inkişafını və keyfiyyətli xidmətin olduğunu qeyd ediblər. Sorğuda iştirak edən Rusiyalıların təxminən 75%-i Qafqaza müsbət yanaşır, orada olmuş respondentlərin 93%-i regiona bir daha gəlmək fikrindədirlər.