Kaliforniyalı alimlər nüvə sintezi sahəsində irəliləyiş əldə ediblər

12:17 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Kaliforniya alimləri termonüvə enerjisi axtarışında daha bir addım atıblar. Təxminən 200 lazer noxud ölçülü yanacaq kapsulu olan silindrə yönəldilib. Lazerlər silindrin xarici səthini qızdıraraq bir sıra çox sürətli partlayışlar yaradıb və çox miqdarda enerji istehsal edib. Bu üsul, dünyanı demək olar ki, sonsuz təmiz enerji mənbəyi ilə təmin edə bilər.

ABC.AZ xəbər verir ki, hazırda diqqət əldə olunan uğurun möhkəmləndirilməsinə və terminüvə sintezi layihələrinin genişləndiriləcəyinə və xərclərin azaldılmasına yönəldilmişdir.

Dubaydakı COP28 iqlim sammitində ABŞ prezidentinin iqlim üzrə nüamyəndəsi Con Kerri nüvə sintezini aktivləşdirmək məqsədilə 30-dan çox ölkənin iştirakı ilə beynəlxalq əməkdaşlıq planını təqdim edib. Bu, iqlim böhranının qarşısını almağa kömək edəcəkdir.