Azərbaycanın sığorta bazarı böyüyüb ya kiçilib?

12:31 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə toplanılmış sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çox olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, ölkə sığorta olunan predmetlərin sayı 5 milyonu keçib və bu rəqəm getdikcə artır.

"İnsanlarımız, xüsusilə iş adamlarımız getdikcə daha çox sığorta təminatı ilə əhatə olunur", - deyə AMB rəsmisi əlavə edib.