“The Economist” jurnalı bu ölkəni “İlin ölkəsi”ni seçib

14:55 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. İngiltərənin “The Economist” jurnalı “İlin ölkəsi”ni seçib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, jurnal ilin ölkəsini seçərkən iqtisadi vəziyyəti nəzərə alıb.

Beləliklə jurnal Yunanıstan iqtisadi böhranı aradan qaldırdığına və Avropayönlü siyasət apardığına görə, sözügedən ölkəni ilin ölkəsi seçib. 

Nəşr xatırladıb ki, on il əvvəl Yunanıstan borc böhranı ilə iflic vəziyyətinə düşüb. Ölkənin gəlirləri azalıb, sağ və sol ekstremist partiyalar siyasətdə “çiçəklənib”. Bununla belə, uzun illər davam edən ağrılı restrukturizasiyadan sonra Yunanıstan lider olmağı bacarıb.

Xatırladaq ki, Yunanıstanda borc böhranı 2010-cu ildə başlayıb və ölkə Aİ-dən maliyyə dəstəyi istəmək məcburiyyətində qalıb.

Müəllif: Elmir Murad