15:30 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycana Çindən gələnlərin sayı 7.0 dəfə, Cənubi Koreyadan – 3.4 dəfə, Türkmənistandan – 2.5 dəfə, Qazaxıstandan – 1.9 dəfə, Hindistandan – 1.9 dəfə, Polşadan – 1.9 dəfə, Misirdən – 1.8 dəfə, Qırğızıstandan – 1.8 dəfə, Tacikistandan – 1.8 dəfə, Bəhreyndən – 1.7 dəfə, Filippindən – 1.6 dəfə, İtaliyadan – 1.6 dəfə, İspaniyadan – 1.5 dəfə, Moldovadan – 1.5 dəfə, Özbəkistandan – 49.8 faiz, Belarusdan – 48.3 faiz, Rusiya Federasiyasından – 42.9 faiz, Kanadadan – 41.2 faiz, ABŞ-dan – 38.1 faiz, Küveytdən – 30.3 faiz, Gürcüstandan – 28.9 faiz, Fransadan – 26.4 faiz, Niderlanddan – 25.9 faiz, İsraildən – 24.4 faiz, Böyük Britaniyadan – 24.0 faiz, Türkiyədən – 20.6 faiz, Almaniyadan – 18.4 faiz, Ukraynadan – 12.0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 7.8 faiz artıb.
ABC.AZ Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47.1 faiz artaraq 758.3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40.7 faiz artaraq 97.4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5.4 faiz azalaraq 312.8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71.7 faizi hava, 27.0 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024