İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb

15:37 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25.5 faiz artaraq 1709.4 min nəfər olub.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1.5 dəfə, Gürcüstana gedənlərin sayı 32.8 faiz, Türkiyəyə gedənlərin sayı 21.9 faiz artmış, İrana gedənlərin sayı 25.8 faiz azalıb.

Ölkə vətəndaşlarının 44.0 faizi Türkiyəyə, 21.3 faizi Rusiya Federasiyasına, 9.0 faizi Gürcüstana, 7.6 faizi İrana, 18.1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65.1 faizini kişilər, 34.9 faizini qadınlar təşkil edib. 2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67.8 faizi hava, 29.8 faizi dəmir yolu və avtomobil, 2.4 faizi isə dəniz nəqliyyatından istifadə edib.