“Yaşıl Kart” beynəlxalq sığorta sistemi ilə Azərbaycan nə qədər sığorta xidməti ixrac edib?

16:28 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Azərbaycan bu ilin əvvəlindən “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində 6 milyon manatlıq sığorta xidməti ixrac edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev bildirib.

“Artıq sığortaçılarımız 2 ölkədə (Gürcüstan və Qazaxıstan) “Yaşıl Kart” şəhadətnamələri buraxır. Növbəti illərdə daha çox ölkəni əhatə edə və daha çox “Yaşıl Kart” sata bilərik”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.