İlham Əliyev İTS-in tətbiqi üzrə beynəlxalq məsləhətçi cəlb etmək üçün 1,3 milyon manat ayırıb

11:03 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq məsləhətçi cəlb etmək barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, beynəlxalq məsləhətçi cəlb etmək üçün, 2018-ci il dövlət büdcəsindən 1,3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

 

 

Bütün xəbərlər