Azərbaycan XİN Çexiyaya başsağlığı verib

10:47 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində Çexiyaya başsağlığı verib.

“Praqadakı Karlov universitetində kütləvi atışma nəticəsində insanların ölümü bizi çox kədərləndirdi. Bu faciəli hücum nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq", – deyə məlumatda bildirilir.

Cümə axşamı Praqada Karlov Universitetinin ərazisində atışma baş verib. Ölənlərin və onlarla yaralının olduğu bildirilir. Çexiya polisinin məlumatına görə, atəş açan şəxs ləğv edilib.  Atəşin baş verdiyi fəlsəfə fakültəsinin binası təxliyə edilib.