15:16 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
"Hazırda ölkəmizdə yeddi sənaye parkı (Sumqayıt, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası") və beş sənaye rayonu (Hacıqabul, Nefçala, Masallı, Sabirabad və Şərur) fəaliyyət göstərir. Altı sənaye zonasında 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb. Növbəti mərhələdə sənaye zonalarındakı mövcud layihələrə 864 milyon manat investisiya qoyulacaq və 6700-dən çox daimi iş yeri açılacaq", - deyə E.Nuriyev qeyd edib.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024