15:45 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanın iqtisadi zonalarında 138 sahibkarlıq subyekti rezident statusunun olduğu açıqlanıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib ki, sənaye zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub, bunlardan 3,6 milyard manat dəyərində məhsul ixrac olunub.
"Bu ilin 9 ayı ərzində sənaye zonalarında fəaliyyət göstərən şirkətlər tərəfindən 2,3 milyard manat dəyərində məhsul satılıb, bunların 31 faizi (dəyəri 722 milyon manatdan çox) ixrac olunub. Qeyd olunan dövrdə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz olmaqla qeyri-xammal məhsullarının ixracında payı 17,9 faiz olub. Bütün bunlar sənaye zonalarının qeyri-neft sektorunun inkişafında mühüm rol oynadığını göstərir, burada istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac olunur", - deyə E.Nuriyev əlavə edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024