13:59 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) səhmlərinə ən çox yatırım etdiyi qlobal şirkətlər məlum olub. Bu il oktyabrın 1-nə Fondun yatırımları 14 valyutada olmaqla dünyanın 26 ölkəsindən 1600-dən çox şirkəti əhatə edib.
ABC.AZ xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib. Məlumata görə, 2023-cü ilin ilk doqquz ayı üzrə Fondun listinqdəki səhmlərinin dəyəri 10.3 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin ilk yarısı ilə müqayisədə 3.7% çoxdur. 2023-ci ilin ilk altı ayında bu rəqəm 10.7 mlrd. dollar təşkil etmişdi.
Bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-5 şirkətlərə qlobal İT şirkətləri nəzarət etməkdə davam edib. ARDNF-in ən çox yatırım etdiyi TOP-5 şirkətlərin səhm portfelində də dəyişiklik olub. Fondun “Apple Inc”yə yatırımları bu ilin ilk yarısında 2.3 dəfə artaraq 497 mln. dollara çatsa da, III rübün sonuna bu rəqəm 440 mln. dollara (11.5% azalma) enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4.7%-dən 4.3%-ə kimi azalıb.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024