ARDNF daşınmaz əmlak bazarındakı paylarına investisiya qoyub

14:08 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. ARDNF-in investisiya etdiyi ilk beş şirkət arasında bu ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA” da yer alıb.

ABC.AZ-ın məlumatına görə Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri 169 milyon dollardan 175 milyon dollara yüksəlib.

Ümumilikdə, ARDNF-nin TOP-5 İT nəhənglərinin səhmlərinə yatırımları 1 mlrd. 411 mln. dollar təşkil edib. Bu isə bu ilin ilk yarısı ilə müqayisədə 4.1% azdır.

2023-cü ilin ilk yarısında bu rəqəm 1 mlrd. 472 mln. dollara bərabər olub. Qeyd edək ki, ARDNF “MSCI World” indeksini passiv olaraq izləyir və bu çərçivədə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, Fond səhm investisiyalarını indeksin bölgülərinə uyğun olaraq həyata keçirir.

“Ümumilikdə, ARDNF 2023-cü ildə “New Mountain Capital”, “Vitruvian Partners”, “CVC Capital Partners”, “Brookfield Asset Management”, “Blackstone”, “Ares Management” kimi dünyanın aparıcı və nüfuzlu şirkətləri tərəfindən idarə olunan daşınmaz əmlak və özəl səhm fondlarında iştirak paylarına investisiya edib” – Fonddan əlavə edilib.