“Təmiz Şəhər” azad edilmiş ərazilər üçün 4 milyon manatlıq texnika alır

11:09 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyət “Hayat Motors” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb. 

ABC.AZ xəbər verir ki, müqavilədə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarəedilməsi üzrə müvafiq infrastrukturun yaradılması məqsədi ilə xüsusi təyinatlı texnikaların satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.738.889 AZN təşkil edir.

Bütün xəbərlər