Prezident İcbari tibbi sığorta fondunun büdcəsini təsdiqlədi

11:51 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

ABC.AZ xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.

Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.