16:15 - 27.12.2023
27 dekabr, Fineko/abc.az. Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 461 milyon 383 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 milyon 108 min manat və ya 28% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 359 milyon 275 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 269 milyon 543 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 43 milyon 878 min manat və ya 19% çoxdur.
Ötən ilin eyni dövründə 225 milyon 664 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 58% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 63% təşkil edib.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024